KES Nəşrləri daxil olan sifarişləri

> KES Nəşrlərinin daxili kuryer xidməti və ya

> Azərpoçt dövlət poçt xidməti (www.azerpost.az)

vasitəsilə çatdırır. Daxili kuryer xidməti yalnız Bakı şəhəri üzrə sifarişlər üçün fəaliyyət göstərir. KES Nəşrlərinin satış təmsilçisi sifarişçi ilə 09:00-18:00 intervalında əlaqə saxlayır. Sifarişçi 2 gün müddətində əlaqə vasitələrinə cavab vermədiyi və ya yalnış əlaqə vasitələri təqdim etdiyi halda sifariş ləğv edilir. Daxili kuryer sifarişi növbəti iş günü, Azərpoçt dövlət poçt xidməti isə www.azerpost.az saytında qeyd qaydalara əsasən göndərir. QEYD: ucqar ərazilərə Azərpoçt xidməti 7-10 gün ərzində çatdıra bilər.

Sifariş məbləği bank hesabına tam ödənildikdən sonra KES Nəşrlərinin satış təmsilçisi sifariş məhsullarını kuryerə təhvil verir. Kuryer sifarişi təhvil almayana qədər sifarişçi sifarişi ləğv edə bilər. Bu halda, əgər sifarişçi sifariş məbləği ödəmiş olarsa, onda hesabın yerləşdiyi bankın qüvvədə olan bank komissiyaları və digər vergi tutulmaları tətbiq edilərək qalıq məbləğ sifarişçiyə geri ödəniləcək. Sifariş göndərildikdən sonra sifariş məhsullarında əsaslandırılmış problem olmasa, sifarişdən imtina etmək mümkün deyil.

# ÇATDIRILMA XƏRCİ
KES Nəşrləri Azərbaycanın bütün bölgələrində təhsilə marağı artırmaq və dəstək olmaq məqsədilə sifarişləri Naxçıvan Muxtar Respublikası daxil istənilən şəhər, rayon, qəsəbə, kənd, massiv və s. ünvanına ödənişsiz çatdırır.

# BAKI ŞƏHƏRİNƏ ÇATDIRILMA
Bakı şəhəri üzrə daxil olan sifarişlər daxili kuryer xidməti və ya Azərpoçt xidməti vasitəsilə həyata keçirilə bilər.

> Əgər sifarişçi sifariş məbləğini ödəmədən kitabı online sifariş edərsə, kitab daxili kuryer vasitəsilə şəhər mərkəzinə çatdırılır. Bu zaman sifarişçi kuryerə nəğd ödəyərək sifarişi dərhal ala bilər.

> Əgər sifarişçi sifariş məbləğini təqdim edilən bank hesabına ödəyərək kitabı online sifariş edərsə, onda kitab Azərpoçt xidməti ilə sifarişçinin yaşayış ünvanına çatdırılır. Bu halda sifarişçi istəkdən asılı olaraq satış təmsilçisinə çatdırma növünün daxili kuryer olmasını xahiş edə bilər. Öncədən ödənişlər üçün kitabı online sifariş edən zaman ödəniş qəbzini aydın oxunan formada skan etmək və ya hər hansı bir qurğu ilə şəklini çəkib online sifariş formasına əlavə etmək tələb olunur.

# DİGƏR ƏRAZİLƏRƏ ÇATDIRILMA
Bakı şəhərindən kənar Azərbaycanın digər şəhər, rayon, qəsəbə, kənd, massiv və s.-dən edilən sifarişlər yalnız və yalnız təqdim edilən hesaba məbləğ ödənildikdən sonra göndərilir. Göndərilmə Azərpoçt dövlət poçt xidməti vasitəsilə həyata keçirilir. Kitabı online sifariş edən zaman ödəniş qəbzini aydın oxunan formada skan etmək və ya hər hansı bir qurğu ilə şəklini çəkib online sifariş formasına əlavə etmək tələb olunur.

# ÇATDIRILMA ÜNVANI
Azərpoçt dövlət poçt xidməti (www.azerpost.az) sifarişi sifarişçinin qeyd etdiyi ünvana göndərir. Sifarişçi qeyd etdiyi ünvanın doğruluğuna cavabdehdir.

# ÇATDIRILMA TƏHLÜKƏSİZLİYİ
Sifariş əldə edildiyi zaman məhsullara göz gəzdirilməlidir. Əgər sifarişçi sifarişi təhvil alan zaman əsaslandırılmış problem aşkar edərsə, məhsulu dərhal kuryer ilə geri qaytara bilər və KES Nəşrlərindən yeni məhsul tələb edə bilər. Sifariş normal çatdırıldığı halda kuryerin çatdırılma formasının uyğun bəndi imzalanmalıdır.

Əsaslandırılmış problemlər qeyd edilən hallar ola bilər:

> Sifariş edilən məhsul göndərilməyib

> Kitabın üz qabığı və ya iç səhifəsi: cırılıb, əzilib və ya pozulub

> CD: yerində deyil, cızılıb və ya qırılıb

Sifariş zamanı sifarişçi çatdırılma şərtlərini qəbul edir.

logo

© KES Nəşrləri 2016