MongoDB workshop

KES bu həftə mongoDB verilənlər bazasına həsr olunmuş workshop keçirdi. MongoDB C++ proqramlaşdırma dilində yazılmış, sxemasız, sənəd yönümlü, açıq qaynaq kodlu verilənlər bazasıdır. Baza sənəd yönümlü olduğundan JSON oxşarlı sənədlərin idarə olunmasını həyata keçirə bilir. MongoDB-nin yaradılması 10gen adlı şirkət vasitəsilə 2007-ci ildən başlanılmışdır. 2013-cü ilin Avqustunda şirkət MongoDB Inc. adı ilə yenidən brendləşdirilib. 2009-cu…

Davamına bax

RDB Modelling ERD workshop

Əlaqəli Verilənlər Bazası üçün Entity Relationship Diagram mövzusunda KES İnkubasiya Mərkəzində növbəti workshop keçirildi. Workshop iştirakçıları ERD-nin imkanları haqqında məlumat aldıqdan sonra Dia sistemi vasitəsilə Big Books İT nəşriyyatının verilənlər bazasının ERD modelini qurdular.

Davamına bax

Ethical Hacking workshop

KES İnkubasiya Mərkəzində növbəti İT workshop keçirilib. İnformasiya və sistem təhlükəsizliyi, kiber hücumlardan müdafiə mövzusunu əhatə edən workshop-u Böyük Britaniyanın xaker hücumlarından müdafiə şirkətində çalışan həmyerlimiz Miraqşin Abutalıbov təqdim edib. İştirakçılar arasında ölkənin müxtəlif dövlət təşkilatlarından və özəl şirkətlərdən maraq göstərənlər olub. Bu mövzuya marağın yüksək olduğunu nəzərə alan KES mərkəzi etik xakerliklə bağlı təlim keçməyi planlaşdırır.

Davamına bax

KES Program 2015-in açılışı

Sentyabr ayının 7-də KES Program 2015-in açılışı oldu. Açılış yeni mərkəzdə baş tutdu. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küç. 26 (Elmlər Akademiyası m.st, BDU-nun 2-ci korpusunun qarşısındakı küçəyə paralel küçə)

Davamına bax