Alqoritmlər və Verilənlərin Strukturu
Proqramlaşdırma bir yaradıcılıq sənətidir. Bu sənətin sirri qoyulmuş məsələnin, problemin həll yollarını tapmaq, daha səmərəli üsul və vasitələrlə həll etməkdən ibarətdir. Proqramçı üçün mühüm olan bu xassə alqoritmik bacarıqdır. Bu təlimdə dinləyicilər problemin həll yollarının araşdırılması, alqoritmin formal təsvir dillərində – əsasən üstün olan psevdo-kod ilə yazılması, müxtəlif alqoritmlərin (axtarış, sıralama, şifrələmə, məlumatın sıxılması və s.) analizi ilə məşğul olacaqdır.