C# Müəssisə Sistemlərinin Proqramlaşdırılması
C# Microsoft şirkətinin .NET kitabxanası əsasında işləyən, obyekt yönümlü proqramlaşdırma texnikasına aid olan və Java texnologiyasına rəqib olan proqramlaşdırma dilidir. C sharp dili Microsoft Windows platformalarında işləyən müəssisə səviyyəli sistemlərin yaradılmasında Java texnologiyası qədər mühüm əhəmiyyətə malikdir. Bu dil veb və desktop sistemlərin yaradılmasında paralel tətbiq olunmaqdadır.