Verilənlər Bazasının Modelləşdirilməsi
Bütün müəssisə və təşkilatların gündəlik işləri müəyyən məlumatlar əsasında aparılır. Bu məlumatlar xüsusi sistemlərdə – verilənlər bazasının idarəetmə sistemlərində (RDBMS) saxlanılır. Şirkətlərin məlumat strukturunu yaratmaq üçün ilk növbədə məlumatlar analiz edilir, ümumi məlumat strukturu əsasında əlaqəli məlumat bazasının modeli qurulur. Strukturlu, əlaqəli məlumat bazasını yaratmaq üçün bazanın bütün dünyada qəbul edilən standart model dilindən – ERD (Entity Relationship Diagram) istifadə olunur. Məlumat bazası bir dəfə yaradılır və uzun müddət struktur dəyişikliyi edilmədən istifadə olunur. Məlumat bazası əsasında işləyən müəssisə səviyyəli sistemlərin etibarlılığı və effektivliyi digər amillərlə yanaşı bazanın quruluşundan əhəmiyyətli dərəcədə asılıdır. ERD təliminin uğurlu məzunları istənilən RDBMS-lər (Oracle, MS SQL və s.) üçün müəssisə bazasını modelləşdirməyi bacaracaqdır.