MySQL Verilənlər Bazası üçün SQL
MySQL verilənlər bazası veb sistemlərin arxa fonunda çalışan RDBMS-lərdən ən məşhurudur. İnternetdə gündəlik müraciət etdiyimiz veb sayt və sistemlərin əksəriyyətinin məlumatlarının qorunub, strukturlu, əlaqəli halda saxlanıldığı ünvan məhz MySQL verilənlər bazasıdır. MySQL verilənlər bazasındakı məlumatlarla işləmək üçün SQL sorğu dilinə bələd olmaq lazımdır.