Obyektyönümlü Modelləşdirmə (UML)
UML (Unified Modeling Language) sistem mühəndisliyi sahəsində istifadə olunan ümumi təyinatlı vizual sistem modelləşdirmə dilidir. Bu dil imkan verir ki, sistem düzgün analiz edilsin, mümkün xətalar minimallaşdırılsın, sistemi vizual təsvir etmək, model üzərində qurulan sistemi daha sürətli proqramlaşdırmaq mümkün olsun. Universal modelləşdirmə dili yaradılacaq sistemin arxitekturasını, sistem modullarının quruluşu, onlar arasındakı proses axınını və s. beynəlxalq standartlarla təsvir imkanı verən dilidir. Obyekt yönümlü proqramlaşdırma (Java, C# və s.) dilləri üçün UML əvəzedilməz vasitədir. UML, proqramlaşdırma komandasının hansı millətdən və hansı dildə danışmasından asılı olmayaraq sistemin detallı xəritəsini təsvir edən dil kimi öyrənmək bütün proqramçılar üçün tövsiyyə olunur.