Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma
PL/SQL proqramlaşdırma dili SQL sorğu dili əsasında yaradılmış prosedur dildir. ORAPSQL təliminin iştirakçıları verilənlər bazası üzərində istənilən funksional imkanları təklif edən sistemlər yaratmaq bacarığına sahib olacaqdır. SQL dilinin sərhədlərinin məhdudlaşdığı yerdə PL/SQL məlumat bazasının proqramlaşdırma dili köməyinizə gələcəkdir. Bu təlim özündən əvvəl ORASQL təlimini uğurla bitirməyi tələb edir.