CPRO

  • ID: 767

C Sistem Proqramlaşdırma C proqramlaşdırma dili tarixi dillərdən biri olmaqla qurğu səviyyəli proqramlaşdırmada, istehsalatın avtomatlaşdırılma prosesində aparıcı dillərdən ən birincisi olmaqla tətbiq olunmaqdadır. C++, Objective-C, Java, PHP kimi əhəmiyyətli dillərin əcdadı olan C proqramlaşdırma dili Linux platforması üzərində təlim ediləcəkdir. Linux əməliyyat sistemi, Linux platformasının mühüm əmrləri, C dilinin sintaktikası, dilin imkanları təlimin əsas mövzularındandır.

Davamına bax

ORASQL

  • ID: 745

Oracle 12c Verilənlər Bazası üçün SQL SQL (Structured Query Language) məlumat bazası ilə işləmək üçün nəzərdə tutulmuş bir sorğu dilidir. SQL dili ERD diaqramı əsasında yaradılmış modeli məlumat bazasında yaratmaq, məlumatları bazaya miqrasiya etmək, axtarılan məlumatları bazadan tapmaq, yeni məlumatları bazaya əlavə etmək, mövcud məlumatları dəyişmək, silmək və s. üçün istifadə edilir.

Davamına bax

ORAPSQL

  • ID: 743

Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma PL/SQL proqramlaşdırma dili SQL sorğu dili əsasında yaradılmış prosedur dildir. ORAPSQL təliminin iştirakçıları verilənlər bazası üzərində istənilən funksional imkanları təklif edən sistemlər yaratmaq bacarığına sahib olacaqdır. SQL dilinin sərhədlərinin məhdudlaşdığı yerdə PL/SQL məlumat bazasının proqramlaşdırma dili köməyinizə gələcəkdir. Bu təlim özündən əvvəl ORASQL təlimini uğurla bitirməyi tələb edir.

Davamına bax

JAVASE

  • ID: 741

Java ilə Proqramlaşdırmanın Əsasları Müasir dünya Java proqramlaşdırma dilinin əsasında yaradılmış sistemlərə intensiv miqrasiya etməkdədir. Əməliyyat sistemindən asılı olmayan (platformadan asılı olmamazlıq) sistemləri yaratmaq üçün Java ideal bir proqramlaşdırma dilidir. JAVASE (standart edition) təliminin iştirakçları bu dilin əsaslarını – nüvəsini öyrənəcəkdir.

Davamına bax

DBMOD

  • ID: 740

Verilənlər Bazasının Modelləşdirilməsi Bütün müəssisə və təşkilatların gündəlik işləri müəyyən məlumatlar əsasında aparılır. Bu məlumatlar xüsusi sistemlərdə – verilənlər bazasının idarəetmə sistemlərində (RDBMS) saxlanılır. Şirkətlərin məlumat strukturunu yaratmaq üçün ilk növbədə məlumatlar analiz edilir, ümumi məlumat strukturu əsasında əlaqəli məlumat bazasının modeli qurulur. Strukturlu, əlaqəli məlumat bazasını yaratmaq üçün bazanın bütün dünyada qəbul edilən standart…

Davamına bax