OOM

  • ID: 1099

Obyektyönümlü Modelləşdirmə (UML) UML (Unified Modeling Language) sistem mühəndisliyi sahəsində istifadə olunan ümumi təyinatlı vizual sistem modelləşdirmə dilidir. Bu dil imkan verir ki, sistem düzgün analiz edilsin, mümkün xətalar minimallaşdırılsın, sistemi vizual təsvir etmək, model üzərində qurulan sistemi daha sürətli proqramlaşdırmaq mümkün olsun. Universal modelləşdirmə dili yaradılacaq sistemin arxitekturasını, sistem modullarının quruluşu, onlar arasındakı proses…

Davamına bax

HCX

  • ID: 941

HTML, CSS, XML HTML – veb səhifələrin struktur formasını verən, CSS veb səhifələrin vizual dizaynını təmin edən, XML isə müxtəlif texnologiyalar və sistemlər arasında vasitəçilik edən protokol dilidir. Bu texnologiyaların heç biri proqramlaşdırma dili deyildir və əsasən veb dizayn sahəsində çalışan mütəxəssislərin məşğul olduğu sahələrdir. HTML, CSS əsasən statik veb saytların hazırlanmasında geniş istifadə olunur.

Davamına bax

MSQL

  • ID: 772

MySQL Verilənlər Bazası üçün SQL MySQL verilənlər bazası veb sistemlərin arxa fonunda çalışan RDBMS-lərdən ən məşhurudur. İnternetdə gündəlik müraciət etdiyimiz veb sayt və sistemlərin əksəriyyətinin məlumatlarının qorunub, strukturlu, əlaqəli halda saxlanıldığı ünvan məhz MySQL verilənlər bazasıdır. MySQL verilənlər bazasındakı məlumatlarla işləmək üçün SQL sorğu dilinə bələd olmaq lazımdır.

Davamına bax

JSAJ

  • ID: 771

JavaScript, Ajax, jQuery Veb Skript Proqramlaşdırma JavaScript, Ajax veb sistem və saytların yaradılmasında geniş istifadə olunan və serverdə çalışan sistemin istifadəçi tərəfindən göndərilən “lüzumsuz” sorğuları əsasında yüklənmədən mühafizə olunmasına yardım edən əhəmiyyətli skript dillərdən biridir. JavaScript sintaktikası C və Java dillərinə oxşardır.

Davamına bax

VPHP

  • ID: 770

PHP Obyektyönümlü Veb Proqramlaşdırma PHP sintaktik baxımdan C və Perl dilinə oxşamaqla skript proqramlaşdırma dili olub, dinamik veb səhifələrin və ya veb sistemlərin yaradılması üçün tətbiq edilən ən məşhur obyekt yönümlü texnologiyalardan biridir. PHP MySQL verilənlər bazasını maksimum dəstəkləyən, məlumat bazası, kitabxana funksiyaları və internet protokolları ilə geniş imkanları effektiv veb sistemlərin yaradılması üçün əlverişli…

Davamına bax

CSH

  • ID: 769

C# Müəssisə Sistemlərinin Proqramlaşdırılması C# Microsoft şirkətinin .NET kitabxanası əsasında işləyən, obyekt yönümlü proqramlaşdırma texnikasına aid olan və Java texnologiyasına rəqib olan proqramlaşdırma dilidir. C sharp dili Microsoft Windows platformalarında işləyən müəssisə səviyyəli sistemlərin yaradılmasında Java texnologiyası qədər mühüm əhəmiyyətə malikdir. Bu dil veb və desktop sistemlərin yaradılmasında paralel tətbiq olunmaqdadır.

Davamına bax

CPRO

  • ID: 767

C Sistem Proqramlaşdırma C proqramlaşdırma dili tarixi dillərdən biri olmaqla qurğu səviyyəli proqramlaşdırmada, istehsalatın avtomatlaşdırılma prosesində aparıcı dillərdən ən birincisi olmaqla tətbiq olunmaqdadır. C++, Objective-C, Java, PHP kimi əhəmiyyətli dillərin əcdadı olan C proqramlaşdırma dili Linux platforması üzərində təlim ediləcəkdir. Linux əməliyyat sistemi, Linux platformasının mühüm əmrləri, C dilinin sintaktikası, dilin imkanları təlimin əsas mövzularındandır.

Davamına bax

ORASQL

  • ID: 745

Oracle 12c Verilənlər Bazası üçün SQL SQL (Structured Query Language) məlumat bazası ilə işləmək üçün nəzərdə tutulmuş bir sorğu dilidir. SQL dili ERD diaqramı əsasında yaradılmış modeli məlumat bazasında yaratmaq, məlumatları bazaya miqrasiya etmək, axtarılan məlumatları bazadan tapmaq, yeni məlumatları bazaya əlavə etmək, mövcud məlumatları dəyişmək, silmək və s. üçün istifadə edilir.

Davamına bax

ORAPSQL

  • ID: 743

Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma PL/SQL proqramlaşdırma dili SQL sorğu dili əsasında yaradılmış prosedur dildir. ORAPSQL təliminin iştirakçıları verilənlər bazası üzərində istənilən funksional imkanları təklif edən sistemlər yaratmaq bacarığına sahib olacaqdır. SQL dilinin sərhədlərinin məhdudlaşdığı yerdə PL/SQL məlumat bazasının proqramlaşdırma dili köməyinizə gələcəkdir. Bu təlim özündən əvvəl ORASQL təlimini uğurla bitirməyi tələb edir.

Davamına bax

JAVAEE

  • ID: 742

Java ilə Veb Sistemlərin Proqramlaşdırılması JAVASE təlimindən uğurla keçmiş dinləyicilər JAVAEE (enterprise edition) təlimi ilə müəssisə səviyyəli sistemlərin yaradılmasını öyrənəcəklər. Client-Server arxitekturalı sistem yaratmaq, MVC (model-view-controller) mexanizmi, Spring framework, 3-cü şirkətlərin veb xidmətlərinə qoşulmaq, yeni xidmət yaratmaq (web service) və s. təlimin əsas mövzularındandır.

Davamına bax