SCP

  • ID: 1070

Security+ Security plus təlimi əsas İT təhlükəsizlik tədbirlərini özündə birləşdirir. Mühüm mövzular şəbəkə təhlükəsizlik qurğuları, mobil qurğular üçün təhlükəsizlik, etibarlı şəbəkə dizaynı, malware, kiber hücüm formaları, sistemlərə hücum ssenariləri və s. əhatə edir. Təlimin uğurlu məzunları CompTIA təşkilatının Pearson VUE test mərkəzi tərəfindən beynəlxalq Security+ sertifikatı almaq üçün KES təqaüdü ilə maliyyələşdirilir.

Davamına bax

CIS

  • ID: 781

Cisco Texnologiyalarının Mühəndisliyi Şəbəkə texnologiyalarında liderlik edən Cisco texnologiyaları, bu markaya məxsus şəbəkə qurğularının iş prinsipi, imkanları, onların konfiqurasiyası və s. bu təlimin əsasını təşkil edir. CIS təlimi biləvasitə GNET təlimindən asılı olduğu üçün, GNET təlimi başa çatdıqdan sonra tədris olunur.

Davamına bax

GNET

  • ID: 780

Ümumi Şəbəkə Mühəndisliyi Müəssisələrin bütün qurğularını əlaqələndirən biləvasitə şəbəkədir. Şəbəkə administratoru olmaq üçün əvvəlcə ümumi şəbəkə mühəndisliyini araşdırmaq, şəbəkə topologiyaları, şəbəkə qurğuları, onların quraşdırılma və konfiqurasiya işləri və s. mənimsənilməlidir. GNET məhz bu məqsəd üçün nəzərdə tutulmuş təlimdir.

Davamına bax

LINSA

  • ID: 779

Linux Server İdarəetmə Linux RedHat server əməliyyat sisteminin quraşdırılması, server yönümlü sistemlərin quraşdırılması, təhlükəsiz kommunikasiyanın yaradılması, fayl və paketlərin idarə olunması, hüquqların tənzimlənməsi və s. təlimin əsas mövzularıdır.

Davamına bax

WINS

  • ID: 775

Windows Server 2012 İdarəetmə Server əməliyyat sistemi müəssisə və şirkətlərin korporativ proqram təminatı, sistem və məlumat bazalarının işini “daim” effektiv təmin edir. Server əməliyyat sistemi kimi geniş yayılmış Microsoft şirkətinin Windows Server 2012 versiyasında serverin quraşdırılması, idarə olunması, serverlərdə əsas konfiqurasiya işlərinin aparılması və s. təlimin əsas mövzularını təşkil edir.

Davamına bax

CPRO

  • ID: 767

C Sistem Proqramlaşdırma C proqramlaşdırma dili tarixi dillərdən biri olmaqla qurğu səviyyəli proqramlaşdırmada, istehsalatın avtomatlaşdırılma prosesində aparıcı dillərdən ən birincisi olmaqla tətbiq olunmaqdadır. C++, Objective-C, Java, PHP kimi əhəmiyyətli dillərin əcdadı olan C proqramlaşdırma dili Linux platforması üzərində təlim ediləcəkdir. Linux əməliyyat sistemi, Linux platformasının mühüm əmrləri, C dilinin sintaktikası, dilin imkanları təlimin əsas mövzularındandır.

Davamına bax

ORASQL

  • ID: 745

Oracle 12c Verilənlər Bazası üçün SQL SQL (Structured Query Language) məlumat bazası ilə işləmək üçün nəzərdə tutulmuş bir sorğu dilidir. SQL dili ERD diaqramı əsasında yaradılmış modeli məlumat bazasında yaratmaq, məlumatları bazaya miqrasiya etmək, axtarılan məlumatları bazadan tapmaq, yeni məlumatları bazaya əlavə etmək, mövcud məlumatları dəyişmək, silmək və s. üçün istifadə edilir.

Davamına bax

JAVASE

  • ID: 741

Java ilə Proqramlaşdırmanın Əsasları Müasir dünya Java proqramlaşdırma dilinin əsasında yaradılmış sistemlərə intensiv miqrasiya etməkdədir. Əməliyyat sistemindən asılı olmayan (platformadan asılı olmamazlıq) sistemləri yaratmaq üçün Java ideal bir proqramlaşdırma dilidir. JAVASE (standart edition) təliminin iştirakçları bu dilin əsaslarını – nüvəsini öyrənəcəkdir.

Davamına bax

DBMOD

  • ID: 740

Verilənlər Bazasının Modelləşdirilməsi Bütün müəssisə və təşkilatların gündəlik işləri müəyyən məlumatlar əsasında aparılır. Bu məlumatlar xüsusi sistemlərdə – verilənlər bazasının idarəetmə sistemlərində (RDBMS) saxlanılır. Şirkətlərin məlumat strukturunu yaratmaq üçün ilk növbədə məlumatlar analiz edilir, ümumi məlumat strukturu əsasında əlaqəli məlumat bazasının modeli qurulur. Strukturlu, əlaqəli məlumat bazasını yaratmaq üçün bazanın bütün dünyada qəbul edilən standart…

Davamına bax