Ethical Hacking workshop

KES İnkubasiya Mərkəzində növbəti İT workshop keçirilib.

İnformasiya və sistem təhlükəsizliyi, kiber hücumlardan müdafiə mövzusunu əhatə edən workshop-u Böyük Britaniyanın xaker hücumlarından müdafiə şirkətində çalışan həmyerlimiz Miraqşin Abutalıbov təqdim edib. İştirakçılar arasında ölkənin müxtəlif dövlət təşkilatlarından və özəl şirkətlərdən maraq göstərənlər olub. Bu mövzuya marağın yüksək olduğunu nəzərə alan KES mərkəzi etik xakerliklə bağlı təlim keçməyi planlaşdırır.