KES layihəsi haqqında yaranan suallarınızın cavabını aşağıdakı FAQ (tez-tez verilən suallar) siyahısında axtarın. Əgər sizin sualınız bu siyahıda olmazsa, onda KES mərkəzlə əlaqə saxlaya bilərsiniz.
“KES” sözünün açılışı ingilis dilində “Knowledge Exchange Service“ olub, Azərbaycan dilində “Biliyin Mübadilə Xidməti” mənasını verir.
KES layihəsi potensiallı, öyrənməyə maraqlı və bunun üçün zəhmətə qatılaraq səbirlə öyrənməyi qarşısına məqsəd qoyan hərkəs üçündür. Yaş, cins, irq, din, siyası partiyalılıq və s. heç bir halda KES-in üzvü olmaq üçün məhdudiyyət yaratmır.
Layihənin məqsədi potensiallı insanları - əsasən gəncləri aşkarlamaq, onlara təhsil və karyeralarında maksimum dəstək olmaq, yeni-yeni innovativ proyektləri gənc komanda ilə icra etmək, ölkəmizin İT sahəsinin inkişafında yeni bir dəsti-xətt yaratmaqdır. KES-də təhsilin mübadiləsi gedir. KES nə kommersiya yönümlü kursudur, nə liseydir, nə texnikumdur, nə də universitet! KES müxtəlif dövlət orqanları və özəl şirkətlərin təcrübəli mütəxəssislərindən (təlimçilər) və dinləyicilərdən ibarətdir. Dinləyici rolunda tələbələr, məzunlar, karyerasına yeni başlayanlar, peşə dəyişikliyi edənlər və ya yeni sahələri öyrənən mütəxəssislərdir.
Layihənin üzvü olmaq üçün aşağıdakı mərhələləri keçmək tələb olunur:
    # Online Qeydiyyat
    # Riyazi məntiq imtahanı
    # Mütəxəssislərlə müsahibə
    - Ümumi İT
    - Xarici dil (yazılı)
    Layihə xərclərinə dəstək
KES qeyri-kommersiya layihəsidir. Buna baxmayaraq layihənin baş tutması üçün müəyyən xərclər vardır. Bu xərclər tələbələr arasında tam bərabər bölünmüşdür. Layihə xərcləri sabitdir və dinləyici üçün bütün təlim paketlərinin xərcləri eynidir. Layihənin bu saytında və ya digər mənbələrdə layihə haqqında istiqamətverici, dəstəkləyici, qısa müddətli-yardımçı seminarlar və workshoplar haqqında elanlarda "ödənişsiz" qeydinə rast gəlsəniz, nəzərə alın ki, bu təlimlər üçün layihə xərcləri ödənilmir.
1. Hər kəs deyil, yalnız potensiallı insanlar layihənin üzvü ola bilər. Buna görə də layihəyə qəbul imtahan və müsahibə vasitəsilə aparılır. 2. Təlimlər istiqamətverici, planlaşdırıcı, başlanğıc (ilkin biliklər), orta, yüksək olmaqla bütün səviyyələri əhatə edir. Əlaqəli təlimlər paketlər şəkilində birləşərək vahid bir KES ixtisasını yaradır. Ətraflı məlumat üçün saytda təlim paketlərinin strukturuna nəzər yetirə bilərsiniz. 3. Təlimləri müxtəlif dövlət orqanlarında və özəl şirkətlərdə çalışan mütəxəssislər həyata keçirir. Təlimçilərin xarici ali təhsili, iş təcrübəsi, dünya görüşü tələbələri işəgötürənlərin tələblərinə və beynəlxalq sertifikat proqramlarına uyğun hazırlaşdırmağa, təhsil və təcrübəsini paylaşmağa imkan verir. 4. Layihə üzvləri KES mərkəzin açıq saatlarında əlavə hazırlaşmaq, komanda ilə proyektlər üzərində işləmək, KES-in mütləq və azad seminarlarına hazırlaşmaq və s. imkanı vardır. 5. Layihənin rezerv büdcəsi yarandığı (qəbul olan tələbələrin sayından asılıdır) halda ən uğurlu və motivasiyalı tələbələrin xarici ali məktəblərə qəbul olunmasına yardım ediləcək, dərhal 1 il müddətində bütün xərcləri qarşılamaqla təqaüd proqramı aktivləşəcək və tələbənin təhsil müddətində dərslərinə online yardım ediləcək. Təqaüd tələbəyə 1 illik verilir. Əgər tələbə 1 il müddətində xarici ali məktəbə daxil ola bilməzsə, təqaüd qüvvəsini itirəcəkdir. 6. Layihənin rezerv büdcəsi yarandığı (qəbul olan tələbələrin sayından asılıdır) halda ən uğurlu tələbələrin layihə hesabına beynəlxalq sertifikat imtahanlarına daxil olmaq üçün rüsumu ödəniləcək. 7. KES layihəsini uğurla bitirən üzvlər rahat iş tapır. Qeyd: layihənin 6-cı ayında KES-in 5 dinləyicisi müxtəlif şirkətlərdə işə qəbul olmuşdur. 8. KES-də "oxumayan" tələbə olmur. Çünki "oxumayan" tələbə layihə müddətində hər təlim üzrə sessiya imtahanlarından uğurla keçmədiyi halda dərhal həmin təlimi tərk edir. Bu KES-in Qızıl Qaydasıdır! 9. KES bütün təlimlər üçün bağlı sosial şəbəkə qrupu yaratmışdır. Bu qruplar bir növ forumdur. Bağlı qruplar üzərindən təlimçi-dinləyici münasibətləri günün istənilən anında, istənilən yerdən sualları cavablandırmağa, lazımlı məlumatları vaxtında çatdırmaq üçün əvəzedilməzdir. 10. Əksər təlimlər vizual və izahedici slaydlarla aparılır. Bir neçə dərslik istisna olmaqla dərsliklər xarici dildədir (ingilis, alman, rus) 11. KES-in üzvü olmaq unudulmaz bir komandanın üzvü olmaq deməkdir. Orta məktəb, ali məktəb, hərbi xidmət, iş yoldaşları kimi. KES bu ildən idman oyunları üzrə komanda yarışları təşkil edir, səyahətlər təşkil edir, müxtəlif təhsil yarışları (məsələn, Face to Face Programming) və olimpiadalar təşkil edir. 12. Əsas təlim yükü təlimçi və dinləyicilərin ortaq uyğun gün və saatlarına aparılır. Qeyri-iş günləri (şənbə günü - VI, bazar günü - VII) və qeyri-iş saatları (bazar ertəsi - I, cümə günü - V 18:00-dan sonra) KES-in ən aktiv fəaliyyətini təşkil edir. 13. Təlimdən asılı olmayaraq layihə xərcinə dəstək olmaq üçün vahid ödəniş. 14. KES-in üvü olmaqla mütəxəssislərdən karyera imkanları haqqında məsləhət, iş görüşmələrində müsahibəyə hazırlıq və s. yardım əldə etmək imkanınız vardır. 15. Nəyahət KES-in üzvü olmaq sizin peşəkar çevrənizi daha da genişləndirəcək. Bu çevrə səmimi və potensiallı insanların çevrəsidir. KES-in çevərsi ilə qarşılıqlı bilik mübadiləsi sizi hər gün inkişafa aparacaq!
2016-ci il üzrə növbəti qəbul Fevral ayına kimi aparılır. Təlimlərə isə Mart ayında start verilir.