MongoDB workshop

KES bu həftə mongoDB verilənlər bazasına həsr olunmuş workshop keçirdi. MongoDB C++ proqramlaşdırma dilində yazılmış, sxemasız, sənəd yönümlü, açıq qaynaq kodlu verilənlər bazasıdır. Baza sənəd yönümlü olduğundan JSON oxşarlı sənədlərin idarə olunmasını həyata keçirə bilir. MongoDB-nin yaradılması 10gen adlı şirkət vasitəsilə 2007-ci ildən başlanılmışdır. 2013-cü ilin Avqustunda şirkət MongoDB Inc. adı ilə yenidən brendləşdirilib. 2009-cu ilin Fevralında MongoDB verilənlər bazası ilk dəfə ictimailəşdirilib. 2012-ci ildə ən geniş tətbiq olunan NoSQL verilənlər bazası olmuşdur. C, C++, C#, Haskell, Java, JavaScript, Lisp, Perl, PHP, Python, Ruby, Scala proqramlaşdırma dilləri üzərindən MongoDB bazası üçün proqram yazmaq mümkündür.