Xaricdə Magistratura Təhsilinə Tam Təqaüd

kesxaricdetehsil2015programm

DİQQƏT!

Azərbaycanın xaricdə təhsili maliyyələşdirən dövlət və özəl şirkətləri siyahısına KES Program da qoşuldu!

Layihənin uğurlu məzunları Amerika, Kanada, Avropa, Türkiyə və Rusiyanın ali məktəblərində 1 illik magistratura təhsili üçün tələbənin BÜTÜN xərclərini (yol, səyahət və tibbi sığorta, təhsil, yaşayış, tətil, qidalanma, istirahət) əhatə edən təqaüd proqramını açıq elan edir!

Təqaüd verildiyi tarixdən 1 il müddətində aktiv olacaq. Bu müddət ərzində KES layihəsinin məzunu və ya tələbəsi ali məktəbə qəbul olmalıdır. Ali məktəbə qəbul olan tələbənin sənədlərinin hazırlanması prosesində və tələbənin təhsil müddətində KES proqramı vasitəsilə dərslərində online dəstək göstəriləcək. Təqaüd aylıq köçürüləcək və hər semestr təhsil nəticəsi müsbət olmalıdır.

Hər birinizə təhsilinizdə uğurlar diləyirik!